Qasırğa Türkiyəni dağıdır: ölənlər var

Qasırğa Türkiyəni dağıdır: ölənlər var
  01 Fevral 2015    Oxunub:2535
Türkiyədə baş verən qasırğa ciddi fəsadlara səbəb olub.
İstanbulun bəzi bölgələrində güclü küləklər ağacları kökündən çıxarıb. Sahilyanı zonalarda hündür dalğalar qeydə alınıb.

Şəhər yollarında ictima nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. İstanbuldan paytaxta Ankaraya hərəkət edən sürət qatarlarının hərəkəti dayandırılıb.

Bursa şəhərində isə qasırğa ölümlə nəticələnib. Stadion tikintisi üçün istifadə olunun qaldırıcı kranın aşması nəticəsində bir nəfər həyatını itirib.

Kran, yaxınlıqdan keçən taksinin üzərinə düşüb, nəticədə maşında olan iki nəfər xəsarət alıb. Sərnişini xilas etmək mümkün olsa da, taksi sürücüsü xəstəxanada dünyasını dəyişib.

Kocaeli vilayətində də qasırğa fəsadsız ötüşməyib. Verilən məlumatlara görə, orta məktəblərdən birinin damı uçub. Hadisə nəticəsində ətraf əraziyə ziyan dəysə də, xoşbəxtlikdən xəsarət alan olmayıb.(ans)


Teqlər:  





Xəbər lenti