Ukraynada qanlı gecə: 71 ölü

Ukraynada qanlı gecə: 71 ölü
  31 Yanvar 2015    Oxunub:2835
Donetsk və Luqansk regionlarında baş verən döyüşlər nəticəsində ötən gün 71 Ukrayna hərbçisi öldürülüb.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə “Donetsk Xalq Respublikası”nın rəhbərinin müavini Eduard Basurin bildirib.

“Gün ərzində 71 Ukrayna əsgəri öldürülüb, 7 zirehli texnika, 9 tank məhv edilib”

Basurinin sözlərinə görə, 14 gün gedən ərzində aktiv döyüşlər zamanı Ukrayna 124 tank, 95 zirehli texnika, 59 artilleriya qurğusu, və 1382 Ukrayna hərbçisi məhv edilib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti