Yevlaxda qəza- 1 nəfər yaralanıb

Yevlaxda qəza- 1 nəfər yaralanıb
  31 Yanvar 2015    Oxunub:1604
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yevlax rayonu, Quşçu kəndi ərazisində “Toyota” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.
AzVision.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər deformasiyaya uğramış “Mercedes” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 08:55-də başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti