Bakıda uşaqlar arasında virus yayılıb
Respublikanın baş pediatrı Nəsib Quliyev Milli.Az-a açıqlamasında epidemiya yayılmasını təsdiq etməsə də, virusun olmasını inkar etmədi. Əlavə etdi ki, virus xəstəliklərinin bir qismi payız-qış aylarında daha çox görünür. Virus elədir ki, uşağa yoluxanda burun-boğaz qıcıqlanması ilə yanaşı, bağırsağın fəaliyyətinə təsir edir.
Baş pediatrın sözlərinə görə, buna bağırsaq diareyası deyilir: “Bir qrup viruslar tənəffüz, burun-udlaq yolları ilə yanaşı, həm də bağırsaqları qıcıqlandırır. Epidemiyanı Allah bizim millətə göstərməsin. Yayılmış virus isə qorxulu hal deyil. Düzgün müalicə edib virus əleyhinə müalicə aparılsa, sağalma baş verir. 3-5 gün ömrü olur”.
N.Quliyev uşaqlarda virusun qarşısını almaq üçün məslətlərini də dedi: “Viruslu xəstəliyin konkret müalicəsi yoxdur. Diareyaya görə çoxlu maye vermək, qızdırma salan dərmanlardan istifadə etmək, bağırsaq əlamətləri varsa, pəhrizə keçmək lazımdır. Bağırsaq qıcıqlandıran qidalardan uşaqları uzaqlaşdırmaq lazımdır. Neytral qidalar verilməlidir. Ət, kələm, bulyon, meyvə verlsə, bu, uşağın vəziyyətini daha da ağırlaşdıra bilər. Ona görə soyutma kartof, mannı, turş və süzmə qatıq verilməli, ət yeməkləri, ədviyyat və turşunu rasiondan çıxarmaq lazımdır”.
Teqlər: