Diplom ala bilməyənlər Məleykə Abbaszadəyə şikayət etdilər

Diplom ala bilməyənlər Məleykə Abbaszadəyə şikayət etdilər
  30 Yanvar 2015    Oxunub:1570
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün Zərdab şəhərində vətəndaşlarla görüş keçirib.
Komissiyadan AzVision.az-a verilən xəbərə görə, qəbulda Zərdab rayonunun sakinləri ilə yanaşı Ağcabədi, Ağdam, Füzuli və İmişli rayon sakinləri də iştirak ediblər.

Görüş zamanı vətəndaşlar ali və orta ixtisas təhsili müəssisələrinə qəbul prosesi, əlavə təhsil, 2015-ci ildə TQDK tərəfindən keçiriləcək imtahanlarla bağlı, eləcə də bəzi ali təhsil müəssisələrini bitirmələrinə baxmayaraq, diplomun alınmasında qarşılaşdıqları çətinliklər və digər məsələlərlə bağlı müraciətlər ediblər.

TQDK-nın səlahiyyətlərinə aid olan müraciətlərin yaxın vaxtlarda öz həllini tapacağı, Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin isə aidiyyəti qurumlara ünvanlanacağı qəbula gələn vətəndaşların diqqətinə çatdırılıb.


Teqlər:





Xəbər lenti