Ermənilərdən `Min bir gecə`yə qarşı çirkin kampaniya

Ermənilərdən `Min bir gecə`yə qarşı çirkin kampaniya
  30 Yanvar 2015    Oxunub:2340
Argentinadakı erməni icması bu ölkədə yayımlanan Türkiyənin "Min bir gecə" serialının dayandırılması tələbi ilə çıxış ediblər.
AzVision.az Türkiyə mətbuatına istinadən verdiyi xəbər verir ki, ermənilər serialın yayımının dayandırılması məqsədi ilə imzatoplama kampaniyasına başlayıblar.

Erməni Mətbuat Mərkəzi qeyd edib ki, serial qondarma "soyqırım"ın 100 illiyi ilə bağlı keçiriləcək tədbirlərin effektini neytrallaşdırmağa xidmət edir.

Qeyd edək ki, Cənubi Amerikada yayımlanan Türkiyə serialları xeyli populyarlıq qazanıb və tamaşaçı sayı baxımından Braziliya seriallarını üstələməyə başlayıb


Teqlər:  





Xəbər lenti