Vurulan təyyarə ilə bağlı gülünc iddia
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Anspress-ə açıqlamasında bildirdi ki, bu Ermənistan Müdafiə Nazirliyinin gülüşə səbəb olan yalanıdır:
"Görünür Ermənistan Müdafiə Nazirliyinin başbilənləri növbəti dəfə düşdükləri bu xoşagəlməz və acınacaqlı vəziyyətdən çıxış yolunu tapmaq üçün həddindən çox fikirləşdilər. Düşünüb-daşınıb tapdıqları, ağıllarına gələn isə yenə də erməniyə xas, gülüşə səbəb olan erməni yalanıdır. Bu, tipik və yalnız ermənilərə xas olan açıq-aydın həqiqəti inkaretmə variantıdır. Hadisə ilə bağlı hər hansı əlavə şərh artıqdır və yersizdir".