Perincək: `Türklər və müsəlmanlar Avropanın zəncilərdir` - TAM VİDEO

Perincək: `Türklər və müsəlmanlar Avropanın zəncilərdir` - TAM VİDEO
  29 Yanvar 2015    Oxunub:3240
`Günah ermənilərdə yox, böyük dövlətlərdədir`
Xəbər verdiyimiz kimi, dünən Avropa İnsan Haqları Məhkəməsində `Perincək İsveçrəyə qarşı` iddiasının (Perinçek v. Switzerland) dinləməsi keçirilib.

Qeyd edək ki, Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçək “Erməni soyqırımı”nı tanımadığına görə İsveçrədə təzminat cəzasına məhkum edildikdən sonra, 2008-ci ildə Avropa İnsan Haqları Məhkəməsinə şikayət etmişdi. 17 Dekabr 2013-cü ildə keçirilən prosesdə Perinçək qalib gəlmişdi. AİHM təsdiqləmişdi ki, “erməni soyqırımı yalandır” ifadəsini deyə bilmək insanın söz azadlığıdır. Bundan sonra İsveçrə hökuməti apellyasiya şikayəti verdi.

Məhkəmədə Ermənistanı məşhur Hollivud aktyoru Corc Kluninin arvadı Amal Alamuddin (Kluni) müdafiə edib.

Məhkəmədəki çıxışında Perinçek deyib ki, o, Avropa İnsanın söz azadlığı uğrunda mübarizə aparır.

Çıxışın tam videosunu buradan izləyə bilərsiniz:



AzVision.az


Teqlər:  





Xəbər lenti