Vaqif Səmədoğlu ilə son görüş - FOTOLAR

Vaqif Səmədoğlu ilə son görüş - FOTOLAR
  29 Yanvar 2015    Oxunub:3841
Ötən gün səhər saatlarında dünyasını dəyişən Azərbaycanın xalq şairi Vaqif Səmədoğlu bu gün torpağa tapşırılıb. Mərhumun cənazəsi Akademik Milli Dram Teatrından qaldırılıb və dəfn olunmaq üçün I Fəxri Xiyabana aparılıb.

Şair I Fəxri Xiyabanda atası, Xalq şairi Səməd Vurğunun məzarı yaxınlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968-1971), "Oğuz eli" qəzetinin baş redaktoru (1992-1994) vəzifələrində çalışıb. 2000-ci ildə Azərbaycanın Milli Məclisinə deputat seçilib. Xalq şairi xərçəng xəstəliyindən əziyyət çəkirdi.

AzVision.az mərhum şairin dəfn mərasimindən fotoları təqdim edir:

Nuron Məmmədov

Qalereya




Teqlər:  





Xəbər lenti