“Elm haqqında” qanun plenar iclasa çıxarılacaq

“Elm haqqında” qanun plenar iclasa çıxarılacaq
  29 Yanvar 2015    Oxunub:1368
Bu gün Milli Məclisin elm və təhsil komitəsinin bu ilə olan ilk iclası keçirilib.
AzVision.az xəbər verir ki, komitə sədri Şəmsəddin Hacıyev Milli Məclisin 2014-cü il payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabatı təqdim edib.

Bildirilib ki, hesabat müddətində komitənin 4 iclası keçirilib və gündəliyə daxil olan 6 məsələyə baxılıb. “Elm haqqında” qanun layihəsi təqdim olunmuş rəy və təkliflər nəzərə alınmaqla birinci oxunuş üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Bildirilib ki, hesabat dövründə komitəyə 133 ərizə və məktub daxil olub. Müraciətlər vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, mənzil məsələləri, tələbələrin təhsil müəssisələrinin birindən digərinə köçürülməsi və təhsil müəssisələrinə bərpa olunması, magistraturaya qəbul olanlara hərbi xidmətdən möhlət verilməsi və s. məsələlərlə bağlı olub. Ərizələr əsasən aidiyyəti üzrə baxılması üçün müvafiq qurumlara göndərilib, müraciətlərin bir hissəsinə isə komitədə baxılıb və ərizəçilərlə söhbətlər aparılıb.

Komitənin 2014-cü il payız sessiyası dövründə fəaliyyəti qənaətbəxş hesab edilib.

Sonra iclasda komitənin 2015-ci il yaz sessiyası üçün iş planına baxılıb və təsdiq olunub.

Bu sessiyada komitədə “Elm haqqında” qanun layihəsinə və digər məsələlərə baxılacaq.
İclasda çıxış edən deputatlar “Elm haqqında” qanun layihəsinin əhəmiyyətindən danışıblar.


Teqlər:  





Xəbər lenti