Ən yüksək balı kimlər yığır? - TQDK

Ən yüksək balı kimlər yığır? - TQDK
  29 Yanvar 2015    Oxunub:2881
“Ən yüksək bal yığanların arasında nisbətən oğlanların sayı çoxdur”.
AzVision.az xəbər verir ki, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, 100 baldan aşağı yığanlar arasında da oğlanlar çoxluq təşkil edir:

“Eyni zamanda regionlar üzrə də müəyyənləşib ki, qızlar və oğlanlar necə oxuyur. Bundan başqa onların ixtisas seçiminin də statistikası aparılıb”,-deyə TQDK sədri qeyd edib.

Məleylə Abbaszadə bildirib ki, AMEA-nın magistraturasına qəbul üçün hüquqi prosedur tamamlanmalıdır və hüquqi sənədlər təsdiqlənəndən sonra qəbul aparılacaq.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti