Vitse-spiker: “Ohanyan özünü də, Sarkisyanı da ifşa etdi”

Vitse-spiker: “Ohanyan özünü də, Sarkisyanı da ifşa etdi”
  29 Yanvar 2015    Oxunub:2218
“Seyran Ohanyanın helikopterin kurs keçməsi ilə bağlı açıqlaması heç də onun ədalətli fikir ifadə etməsi demək deyil. O, özü də bilmədən Ermənistanın təcavüzkar siyasətinin mahiyyətini açıqlayıb. Ohanyan bu açıqlaması ilə özünü də, Sarkisyan hakimiyyətini də ifşa etdi”.

Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

B.Muradova Ermənistanın müdafiə naziri Seyran Ohanyanın ötən il noyabrın 12-də Dağlıq Qarabağda vurulan hərbi helikopterin kursdan kənara çıxması ilə bağlı verdiyi açıqlamaya münasibət bildirib. Qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədinə yaxın, neytral zonlarda hər hansı bir helikopterin uçması sərhədi pozmaq deməkdir:

“Bu açıqlamanın özü Seyran Ohanyanı da, onun təmsil etdiyi Ermənistan dövlətini də, onun rəhbərini və yeritdikləri təcavüzkar siyasəti bir daha açıq şəkildə ortaya qoyur. Necə, yəni helikopter kursu keçibmiş? Azərbaycan ərzasində, torpaqlarımızda nə vaxtdan Ermənistana məxsus kurs olub. Bizim ərazilərimizdə nə vaxtdan Ermənistana məxsus sərhəd olub? Onlar helikopter sərhədi keçib, deməklə guya bu gün etiraf tonunda açıqlamalar veriblər. Ermənistan helikopterinin ümumiyyətlə Azərbaycan ərazisində nə işi vardı? Ermənistan ordusu və hərbi birləşmələrinə məxsus helikopterin Azərbaycan ərzisində olmasının özü bütövlükdə beynəlxalq hüququn prinsiplərini , qaydaları, Azərbaycan sərhədləri pozmaq demək deyilmi?! Azərbaycan torpaqlarında Ermənistana məxsus sərhəd yoxdur.

Azərbaycan ərazisindəki separatçı Dağlıq Qarabağ rejimi Ermənistan da daxil olmaqla heç bir beynəlxalq təşkilat tərəfindən tanınmayıb. Burada hansısa bir sərhəddən söhbət gedə bilməz”.

B. Muradova əlavə edib ki, cəbhədə təxribat törədən erməni helikopteri vurulmalıydı və vuruldu:

“Həmin ərazidə helikopterin görünməsi belə sərhədi pozmaq deməkdir. Ona görə də o helikopter vurulmalı idi. Bunu kim qəbul edib-etmir, öz işləridir. Biz beynəlxalq hüququn prinsipləri ilə yanaşanda görürük ki, bu cür açıqlamalar verənlər də Ermənistanın təcəvüzkar siyasətinə xidmət edənlərdir və helikopter olayında öz maraqları üçün bəhrələmək istəyirlər. Onlar Ermənistanın təcavüzkar siyasətini dəstəkləyirlər”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti