Mədət Quliyev istefa ərizəsi yazıb? - rəsmi AÇIQLAMA

Mədət Quliyev istefa ərizəsi yazıb? - rəsmi AÇIQLAMA
  29 Yanvar 2015    Oxunub:12728
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Mədət Quliyevin istefa ərizəsi yayması ilə bağlı kütləvi informasiya vasitələrində məlumatlar yayılıb.

Qeyd olunub ki, son günlər cəzaçəkmə müəssisəslərində baş verən xoşagəlməz hadisələrdən sonra M. Quliyev işdən çıxmaq üçün əzirə yazıb.

Yayılan məlumatları dəqiqləşdirmək məqsədi ilə Penitensiar Xidmətlə əlaqə saxladıq. Xidmətdən AzVision.az-a verilən məlumata görə, hazırda Penitensiar Xidmətin rəisi iş başındadır:

“Rəis hazırda idarədir və öz işini icra edir. Yayılan məlumatlar həqiqəti əks etdirmir. Mədət müəllim istefa ərizəsi yazmayıb”.

Hafiz Əhmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti