Zeynəb Xanlarova cavanlaşmaq istəyir
“O, mart ayında Amerikada, Türkiyədə böyük konsertlərlə çıxış edəcək. Xalq artisti həmin konsert proqramlarına hazırlıq məqsədi ilə Türkiyəyə səfər edib”.
Xalq artistinin köməkçisi həmçinin qeyd edib ki, Z. Xanlarova son günlər çox arıqlayıb:
“Zeynəb xanım son günlər idmanla məşğul olmağa başlayıb. Ona görə də çox arıqlayıb. Zeynəb xanım həmişəki kimi çox gözəldir. Onun səhhətində heç bir problem yoxdur. İdmanla özünü arıqladaraq cavan görünməyə çalışır”.
Hafiz Əhmədov