`Vaqifin ölümünə çox kədərləndim` - AYB sədri Anar

`Vaqifin ölümünə çox kədərləndim` - AYB sədri Anar
  28 Yanvar 2015    Oxunub:2614
`Vaqif Səmədoğlunun dünasını dəyişməsinə çox kədərlənirik`
Bunu AzVision.az-a Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib.

“Vaqif Səmədoğlunun dünyasını dəyişməsinə çox kədərlənirik. Hazırda onun evindən gəmişəm. Onun ölümü Azərbaycan üçün çox böyük itkidir. Allah ona rəhmət eləsin “.

Daha sonra xalq yazçısı Anar mərhum şairin harada dəfn olunmasından da danışıb:

“Hazırda bununla bağlı təşkilati işlər görülür. Şairin harada dəfn olunması məsələsini müəyyənləşdiririk. Bununla bağlı açıqlama verəcəyik”.

Qeyd edək ki, Azərbaycanın Xalq şairi, sabiq millət vəkili Vaqif Səmədoğlu bu səhər dünyasını dəyişib. Xalq şairi uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında dünyasını dəyişib.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti