`ASAN Xidmət dönüş yaratdı` – Prezident

`ASAN Xidmət dönüş yaratdı` – Prezident
  28 Yanvar 2015    Oxunub:2143
““ASAN xidmət” mərkəzlərinin sayı artıq yeddiyə çatıb. Üç mərkəz də bu il açılacaq”.

AzVision.az xəbər verir ki, bu sözləri prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edərkən deyib.

Prezident qeyd edib ki, “ASAN xidmət” mərkəzlərinin sayı artıq yeddiyə çatıb: “Üç mərkəz də bu il açılacaq. Beləliklə, bölgələrdə altı, Bakıda dörd mərkəz fəaliyyət göstərəcək. Gələcəkdə onların sayını artıracağıq. On avtobusla səyyar xidmət də göstərilir və bütün bölgələrdən “ASAN xidmət”lə bağlı çox müsbət məlumatlar gəlir. Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə “ASAN xidmət” bir dönüş yaratdı. Ona görə biz bu sistemi bütün sahələrdə tətbiq etməliyik”.

İlham Əliyevin sözlərinə görə, Sumqayıt, Gəncə və Sabirabadda “ASAN xidmət”in fəaliyyətə başlaması regionlarda yaşayan əhalinin gündəlik həyatını asanlaşdırmış, mərkəzlərin xidmətindən 1,1 milyondan çox vətəndaş istifadə edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti