`Bölgədə gərginlik daha da arta bilər` - İlham Əliyev

`Bölgədə gərginlik daha da arta bilər` - İlham Əliyev
  28 Yanvar 2015    Oxunub:3367
`Ətrafda gedən xoşagəlməz proseslər mənzərəni tam dəyişib. İstisna edilmir ki, gələcək illərdə bölgədə gərginlik daha da artacaq. Çünki bu vaxta qədər görmədiyimiz təhlükələr meydana çıxır`.

Bu sözləri “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, bizi qarşıda iqtisadi, maliyyə böhranı ilə bağlı daha da böyük sınaqların gözlədiyi istisna deyil: `Ancaq biz bütün bu çağırışlara hazır olmalıyıq və hazırıq. Çünki vaxtında bütün tədbirləri görmüşük, heç vaxt populist bəyanatlarla çıxış etməmişik, heç vaxt xaricdə yerləşən hansısa quruma xoşa gəlmək üçün addımlar atmamışıq. Ancaq praqmatik siyasət aparmışıq, Azərbaycan xalqının maraqlarını qorumuşuq və ölkəmizi inamla idarə etmişik`.

AzVision.az


Teqlər:





Xəbər lenti