Lamiyənin uşağının atası ilə bağlı DNT analizi aparılacaq

Lamiyənin uşağının atası ilə bağlı DNT analizi aparılacaq
  28 Yanvar 2015    Oxunub:2799
Həbsxanada ana olmuş məhkum Lamiyə Quliyeva ilə bağlı baş verənlər hüquq müdafiəçilərinin və Penitensiar Xidmət rəhbərliyinin diqqət mərkəzində qalmaqda davam edir.
AzVison.az xəbər verir ki, bunu virtualaz.org saytına açıqlamasında İşgəncələr Əlyehinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov deyib.

E.Behbudov bildirib ki, o, bu məsələni ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyevlə də şəxsən müzakirə edib.

“Mədət Quliyev mənə bildirdi ki, bu məsələ ilə bağlı ciddi təhqiqatlar aparılır və yeni doğulan körpənin DNT analizləri artıq ekspertizaya göndərilib. Ekspertizanın konkret nəticələri bəlli olan kimi Penitensiar Xidmət bu məsələ ilə bağlı rəsmi açıqlama yayacaq. Mədət müəllim mənimlə söhbətində onu da bildirdi ki, yeni doğulan körpə dövlət himayəsindədir və normal yaşayış üçün lazım olan bütün zəruri vasitələrlə təmin olunub. Bütövlükdə isə Mədət Quliyev və Penitensiar Xidmət bu məsələnin obyektiv araşdırılması və həqiqətin üzə çıxarılması üçün əllərindən gələn hər şeyi edirlər” - deyə E.Behbudov bildirdi.

Qeyd edək ki, Lamiyə Quliyeva adlı məhkum qadın 2014-cü il, oktyabrın 16-da Bakıdakı 2 saylı doğum edində oğlan uşağı dünyaya gətirib. Xəstəxanadan çıxandan sonra L.Quliyeva və körpəsi qanuna müvafiq olaraq 4 saylı cəzaçəkmə müəssisəsində yerləşən xüsusi yataqxanaya yerləşdiriliblər. Həmin yataqxana yenicə ana olan qadın məhkumlar üçün nəzərdə tutulub


Teqlər:  





Xəbər lenti