Qızıl alanlar diqqətli olun - VİDEO

Qızıl alanlar diqqətli olun - VİDEO
  28 Yanvar 2015    Oxunub:2861
Qızıl sevən və tez-tez alan insanlar belə hadisələrin çox şahidi olurlar.
Məsələn, bir ticarət mərkəzində bir zinət əşyasının qiyməti 2000 manat, digərində isə 4000 manat. Yəni ikiqat və ya daha çox fərq.Ortaya sual çıxır. Axı bu, necə ola bilər? Məsələnin izahı həm satıcıların dili ilə, həm də qanuni tərəfdən növbəti süjetimizdə.

Satıcılar isə faktı müxtəlif şəkildə izah edirlər.

Satıcıların dediklərinə görə, qiymət fərqi eyni zamanda, satış nöqtəsinin yerindən və kirayə haqqından da asılı ola bilər.

Zinət əşyalarının qiymətində fərqin olmasının səbəblərindən biri, bu məmulatların, qiyməti Tarif Şurası tərəfindən tənzimlənən mallar siyahısına daxil olmamasıdır.Yəni bu malların qiymətləri bazar iqtisadiyyatı qaydalarına və `Sahibkarlıq fəaliyyəti haqqında` qanuna əsasən, elə sahibkarlar tərəfindən müəyyən edilir.Ona görə də alıcılara qızıl məmulatı alarkən, müxtəlif mağazalar arasında müqayisə aparmaları tövsiyə olunur. Üstəlik, alınmış qızıl məmulatlarının sonradan dəyişdirilməsi prosesi də olduqca çətindir.




Teqlər:





Xəbər lenti