58 cinayətkar qrup zərərsizləşdirilib

58 cinayətkar qrup zərərsizləşdirilib
  27 Yanvar 2015    Oxunub:1255
Azərbaycanda narkotiklərlə əlaqədar 150 nəfərdən ibarət 58 cinayətkar qrup zərərsizləşdirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bu barədə yanvarın 27-də DİN-də 2014-cü ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib.

Qeyd olunub ki, transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə və insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər də məqsədyönlü olub. Narkotiklərlə əlaqədar 3046 cinayət, o cümlədən satışı ilə bağlı 801 fakt aşkarlanıb, 150 nəfərdən ibarət 58 cinayətkar qrup zərərsizləşdirilib. Qanunsuz dövriyyədən 2013-cü illə müqayisədə 9 faiz çox, bütövlükdə, 673 kq narkotik vasitə çıxarılıb, həmçinin 16 faiz çox narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb.

Qanunsuz kultivasiya edilən 212 tondan artıq çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib. İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında davam etdirilən tədbirlərlə 21 faiz çox və ya 97 cinayət faktı müəyyənləşdirilərək 19 nəfərdən ibarət 9 cinayətkar qrup zərərsizləşdirilib.


Teqlər:





Xəbər lenti