`Azərbaycana gedən futbolçular...` - Baş Məşqçi

`Azərbaycana gedən futbolçular...` - Baş Məşqçi
  27 Yanvar 2015    Oxunub:1967
"Azərbaycana üz tutan futbolçuların yığmaya yolu bağlanmayıb. Özünü yaxşı tərəfdən göstərən hər futbolçunu milliyə dəvət edəcəm".
AzVision.az-ın məlumatına görə, bu sözləri Ukrayna yığmasının baş məşqçisi Mixail Fomenko deyib.

Baş məşqçi Azərbaycan çempionatında oynayacaq ukraynalıların geriyə addım atmadığını bildirib: "Bu ölkəni təmsil edən "Qarabağ"ın Avropa Liqasında "Dnepr"ə qarşı necə oynadığını yada salın. Fikrimcə, Azərbaycanın top-klubları bizim əksər komandalarımızdan geri qalmır. Çünki onlar da qarşılarına daim avrokuboklarda oynamaq hədəfini qoyublar".

Qeyd edək ki, qış transfer pəncərəsində 3 ukraynalı futbolçu - Aleksey Qay, Dmitri Bezotosnı və Ruslan Fomin "Qəbələ"yə keçib.


Teqlər:





Xəbər lenti