20-ci əsrin faciəsi – Holokost + VİDEO

20-ci əsrin faciəsi – Holokost + VİDEO
  27 Yanvar 2015    Oxunub:9760
Bu günlər dünyanın hər yerində Holokostun - yəhudi millətinin 2-ci Dünya müharibəsi illərində faşist rejimi tərəfindən kütləvi surətdə qırılmasının ildönümü qeyd olunmaqdadır.

Bu məqsədlə BMT rəhbərliyi müraciət də ünvanlayıb. Dünyanın hər yerində ötən əsrin ən böyük faciəsi – soyqırımı kimi tanınan Holkost (yunanca “holos” (bütün) və “kaustos” (yanmış, köz olmuş) zamanı faşistlər tərəfindən təxminən 6 milyon yəhudi sistemli şəkildə öldürülüb. 1933-cü ildə yəhudilərin hüquqlarının azaldılması ilə addım-addım başlayan fəlakət sonda faşist hökumətinin əlinə keçən bütün Avropa yəhudilərini öldürməsi ilə nəticələnib. 1933-cü il 1 aprel tarixində Adolf Hitler alman xalqını yəhudi dükanlarına qarşı boykota dəvət edib. Bu boykot yəhudi dükanlarının sökülməsi, qarət edilməsi və sahiblərinin döyülməsi ilə nəticələnib. 1935-ci ildə yəhudilərin həkimlik, əczaçılıq, əsgərlik və bir çox işlərdə çalışması qarağan edilib. 15 sentyabr 1935-ci il tarixində qəbul olunan “Nurnberg qanunları”na görə ari irqdən olmayanlar “aşağı sinif” insanlardır və onlarla ailə qurmaq yasaqlanıb. 1936-cı ildə Berlində keçirilən olimpiya oyunları ilə dünyanın diqqətinin Almaniyaya yönəlməsi sayəsində bir müddət yəhudi nifrəti, antisemitizm tətbiqetmələri arxa planda qalır. Amma 1938-ci ildən etbarən antisemitizm əvvəlkindən daha şiddətli şəkildə geri dönür. 1938-ci ilin yanvarından etibarən yəhudilərin yalnız yəhudi adlarından və soyadlarından istifadə etməsi haqqında yeni qayda qəbul olunub. Berlində 1600 yəhudi toplanaraq qapalı düşərgələrə aparılır. Bu xəbər yayıldıqdan sonra işsiz yəhudilərdən və ən kasıblarından bir qismi xaricə getməyə məcbur olurlar. Qısa zaman sonra yəhudilərin qaçmaqları da çətinləşir - bir çox ölkə yəhudi köçlərini geri qaytarmağa başlayır.

1 sentyabr 1939-cu ildə yəhudi soyqırımına start verilib. Hitler əslində bu qərarını, yəhudilərin kökünü kəsmək qərarını 1925-ci ildə yazdığı "Mein Kampf" (Mənim mübarizəm) adlı kitabında çoxdan açıqlamışdı. 1939-cu ildə Almaniyadakı bütün yəhudilərin toplanıb Polşada gettolara yerləşdirilmələri qərarı verilmişdi. 1940-cı ildə Polşada sayı sürətlə artan gettolarda aclıqdan, soyuqdan və epidemiyalardan çoxlu insan ölürdü. Gettolarda ölüm artıq o qədər təbii idi ki, səkilərdə acından ölmək üzrə olan insanlarla və cəsədlərlə kimsə maraqlanmırdı. 9 oktyabr 1941-ci ildən etibarən bütün yəhudilərin yaxşı görünən şəkildə olmaqla, Davud ulduzu simvolunu üzərilərində daşımaları məcbur edilirdi. Almaniyada yaşayan yəhudilərin evlərinə “burda bir yəhudi yaşayır”, - deyə yazı, ya da Davud ulduzu yapışdırırdılar. Almaniyadakı son yəhudilərə ət, buğda, süd, bal kimi qidalar, xəstə yəhudilərə dərman vermək qadağan edilir.

1939-41-ci illərdə ruhi və fiziki əlillər “qaz otaqlarına” doldurularaq öldürülürdülər. Qətliamın bu dövründə faşist həkimlər əlil qurbanlar üzərində çox sayda yeni öldürmə metodları yoxlamışdılar. Qaz maşınları ilə öldürmə metodu da faşistlərin gözlədikləri təsiri verməyincə nəhayət Fabrik üsulu ilə sənayesi qurulmağa başlandı.

Artıq heyvan vaqonları yəhudilərlə doldurulub bu fabriklərin içinə qədər qatarla aparılırdılar. Duş otağı görünüşünə sahib olan qaz otaqlarına yəhudilər çox etiraz etmədən toplu halda girirdilər. Beləcə rahatlıqla, ən təsirli öldürmə qazı olan "Zyklon B" bu otaqlara nasosla vurulur və insanlar məhv olurdular. Bu qaz 20 dəqiqə davam edən çox əziyyətli bir ölümə gətirib çıxarırdı. Sonra bu cəsədlər, sırf bu məqsəd üçün çıxarılmış olan sobalarda yandırılırdı.

20 yanvar 1942-ci ildə Adolf Eichmann tərəfindən idarə olunan yüksək dövlət məmurlarının Yəhudi probleminin son həllinin təşkil edilməsinin detallarını danışdıqları Wannsee Konfransı reallaşdı. Bu protokola görə öldürülmələri planlaşdırılan Avropa yəhudilərinin sayı 11 milyon idi.

Dünyanın bir çox ölkələrində Holokost mübahisəsini açmaq belə qadağandır. ABŞ-dakı “nifrət qanunları”na görə yəhudi soyqırımını müzakirə etmək cəmiyyətdəki nifrəti artırdığına görə bu mövzunu açmaq yasaqdır.




Teqlər:  





Xəbər lenti