ABŞ polisi 16 yaşlı qızı güllələyib

ABŞ polisi 16 yaşlı qızı güllələyib
  27 Yanvar 2015    Oxunub:2648
ABŞ-ın Denver şəhərində polislər 16 yaşlı qızı güllələyib

Bu barədə AzVision.az “Fox News”-a istinadən xəbər verir.

Rəsmi məlumatlara əsasən oğurlanan avtomobildə olan 16 yaşlı qız polisə zərbə endirib, onu yaralayıb. Hakimiyyət yeniyetmənin adını açıqlamır, lakibn onun yaxınları qızın adının Cessika Hernandez olduğunu bildiriblər.

Hadisə zamanı iki polis əməkdaşı oğurlanan avtomobilə yaxınlaşıb. Bundan sonra isə qız onlara hücum edib. Nəticədə ABŞ polisi atəş açmağaa məcbur olub. Ölən şəxsin rəfiqəsi və hadisə şahidinin sözlərinə görə, polis əməkdaşları maşından cəsədi çıxardıb, qollarını qandalladıqdan sonra qızın ölməsinin fərqinə varıblar.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti