Yağış və qar yağacaq

Yağış və qar yağacaq
  27 Yanvar 2015    Oxunub:2196
Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava bəzi yerlərdə yağıntılı olacaq, günün ikinci yarısında dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək, mülayim cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 1-3, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində hava əsasən gecə və axşam bəzi yerlərdə yağıntılı olacaq. Şərq küləyi əsəcək. Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq.

Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı ehtimal edilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti