Nazir Dilqəm və Şahbazın girov götürülməsindən xəbərsizdir

Nazir Dilqəm və Şahbazın girov götürülməsindən xəbərsizdir
  27 Yanvar 2015    Oxunub:3378
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk günündə hazırda Avropa Şurası Nazirlər Komitəsində (AŞNK) sədrlik edən Belçikanın Avropa və xarici işlər naziri Didye Reynders çıxış edərək, sədrlik etdiyi qurumun fəaliyyətinə dair Assambleya üzvləri qarşısında hesabat verib.

APA-nın Avropa müxbiri xəbər verir ki, belçikalı nazir Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynovun “Sədrliyiniz zamanı səlahiyyətlərinizdən istifadə edib Ermənilərin işğal etdiyi Dağlıq Qarabağda qanunsuz olaraq həbs və mühakimə olunmuş iki azərbaycanlının – azadlıq ömürlük məhrum olunmuş Dilqəm Əsgərov və 22 il müddətinə azadlıqdan mərhum edilmiş Şahbaz Quliyevin azad edilmələrinə nə dərəcədə yardım edə bilərsiniz? Onlar ermənilərin işğal etdikləri Dağlıq Qarabağ ərazisində girov götürülüblər və separatçı rejim tərəfindən qeyri-qanuni şəkildə saxlanmaqdadırlar” sualına cavab olaraq Nazirlər Komitəsinə hələlik bu məsələ ilə bağlı hər hansı müraciətin daxil olmadığını bildirib.

Bununla belə, o bu ilin aprelində Ermənistana səfəri çərçivəsində bu məsələni Ermənistanın hakimiyyət dairələrinə çatdıracağını qeyd edib: “Bu iki şəxs haqqında heç bir məlumatım yoxdur. Amma sizi əmin edirəm ki, Ermənistana edəcəyim səfərdən öncə bu məsələni araşdıracaq və onlara çatdıracağam”.


Teqlər:  





Xəbər lenti