Maskalılar evə basqın etdi - Masallıda

Maskalılar evə basqın etdi - Masallıda
  25 Yanvar 2015    Oxunub:2904
Masallıda maskalı şəxslər gecə saatlarında evə basqın ediblər.
Yanvarın 23-ündən 24-ünə keçən gecə saat 03.00-04.00 radələrində rayonun Ərkivan qəsəbəsində Məmmədovlar ailəsinə edilən basqın zamanı ev sahiblərindən pul tələb ediblər.

Hadisə zamanı maskalı şəxslər 1971-ci il təvəllüdlü İlqar Çiləxan oğlu Məmmədova və həyat yoldaşı, 1979-cu il təvəllüdlü Qərənfil Tofiq qızı Məmmədovaya müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Evdə olan 3 uşaq isə qorxub.

İlqar Məmmmədovun qardaşı Allahbaxış Məmmədov ANS PRESS-ə verdiyi açıqlamada bildirib ki, basqın edən maskalı şəxslər evdən qızıl, mobil telefonlar və qiymətli əşyalar aparıblar.

Basqın edən şəxlərin 3 nəfər olduğunu deyən Allahbaxış Məmmədov qardaşı və həyat yoldaşının ağır vəziyyətdə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırıldığını bildirdi. Onun sözlərinə görə, reanimasiyaya yerləşdirilmiş xəstələrin vəziyyəti ağırdır.

Basqın faktı ilə bağlı rayon Polis Şöbəsində araşdırmalara başlanıb. (Ans)


Teqlər:  





Xəbər lenti