Dünyanın ən bahalı futbol klubları – SİYAHI

Dünyanın ən bahalı futbol klubları – SİYAHI
  22 Yanvar 2015    Oxunub:2335
Madridin “Real” klubu onuncu dəfə dünyanın ən varlı klubu statusunu qazanıb.
AzVision.az xəbər verir ki, bu barədə “Deloitte” şirkəti öz hesabatında göstərilir.

2013/14 mövsümünün yekunlarına əsasən “Real” 550 milyon avro gəlir qazanıb. Madrid təmsilçisi bu məbləğin 113, 8 milyonun ev oyunlarına bilet satışından əldə edib.

Dünyanın ən varlı klublarının siyahısı isə bu cürdür:

1. “Real” (İspaniya) – 549,5 milyon avro
2. “Mançerster Yunayted” (İngiltərə) – 518 milyon avro
3. Bavariya (Almaniya) – 518 milyon avro
4. “Barselona” (İspaniya) – 485 milyon avro
5. “PSJ” (Fransa) – 474 milyon avro
6. “Mançester Siti” – 414 milyon avro
7. “Çelsi” – 388 milyon avro
8. “Arsenal” – 359 milyon avro
9. “Liverpul” – 306 milyon avro
10. “Yuventus” – 279 milyon avro

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti