Fərhad Əliyev Londondan qardaşının dəfninə gəldi - ÖZƏL
Bu barədə AzVision.az-a sabiq nazirin yaxınları məlumat verib. Bildirilib ki, F. Əliyev hazırda qardaşı Sudeifin dəfn mərasimində iştirak etmək üçün Cəlilabad rayonunun Alar kəndindədir.
“Fərhad Əliyev hazırda kənddədir. O, qardaşının dəfn mərasimində iştirak edir. Mərasimə gələnlərin başsağlığını qəbul edir. Mərhum dünən dəfn olunub. Bu gün isə qəbri ziyarət olacaq. Fərhad müəllim də ziyarətə gedəcək”.
Qeyd edək ki, Əliyevlər ailəsinə ağır itki üz verib. Belə ki, F.Əliyevin balaca qardaşı Əliyev Sudeif Şölət oğlu ötən gün qəflətən vəfat edib. Mərhumun ürək ağrısından əziyyət çəkdiyi bildirilir.
Allah rəhmət eləsin!
Hafiz Əhmədov