Miss-Media | `Sevgi nağılı` danışan qız – FOTOSESSİYA

Miss-Media | `Sevgi nağılı` danışan qız – FOTOSESSİYA
  19 Yanvar 2015    Oxunub:27719
AzVision.az-ın `Miss-Media` layihəsində sizi ölkə mediasının gözəl xanımları ilə tanış edirik. Rubrikanın budəfəki qonağı gənc jurnalist və yazar Yeganə Cansaildir.

Yeganə Cansail
yanvarın 16-da Bakı şəhərində doğulub. Dövlət Mədəniyyət və İncəsənət Universitetində "ədəbi yaradıcılığ və ekran dramaturgiyası" ixtisasına yiyələnib.

Jurnalist olaraq müxtəlif qəzetlərdə çalışıb. İlk iş yeri "Mədəniyyət" qəzetidir.

İlk dəfə televiziyada intellektual "Telekitab" layihəsi ilə fəaliyyətə başlayan Yeganə hazırda Region TV-də "Sevgi nağılı" layihəsinin rəhbəri və aparıcısı, "Ferma" realiti-şousunun redaktorudur.

Yazar kimi 2012-ci ildə Prezident təqaüdünə layiq görülən Yeganə "Göy adamı" şeirlər kitabının müəllifidir.

Hobbisi şəkil toplamaq, kanva rəsm çəkmək və çoxlu kitablar almaqdır.

- Olduqca çox həyatsevər insanam. Körpə uşağın təbəssümündən belə xoşbəxt olmağı bacarıram. İşləməyi, yazıb-yaratmağı, insanlara sevinc bəxş etməyi sevirəm. Həyat fanidir, zamanımızı düzgün dəyərləndirməliyik. Əsas məqsədim isə yazıçı olmaqdır,- deyir Yeganə.

Nuron Məmmədov
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti