Dövlət qulluğuna qəbul asanlaşır

Dövlət qulluğuna qəbul asanlaşır
  22 Dekabr 2014    Oxunub:2096
Dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi və sistemləşdirilməsi məqsədilə “Dövlət Qulluğu Məcəlləsi”nin ilkin layihəsi hazırlanıb və dövlət orqanlarına təqdim edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan AzVision.az-a verilən məlumata görə, Dövlət orqanları tərəfindən verilmiş rəy və təkliflər də nəzərə alınmaqla layihə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən yenidən işlənərək təkmilləşdirilib.

“Dövlət Qulluğu Məcəlləsi” layihəsinin ictimai dinləmə və ictimai müzakirəsi ilə bağlı 24 dekabr 2014-cü il tarixdə saat 10:00-da “Hyatt Regency Baku” otelinin “Şuşa” zalında yığıncaq keçiriləcək.

İctimai dinləmənin məqsədi layihəyə dair ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsi və vətəndaşların məlumatlandırılması, habelə məcəllə layihəsinin qəbulu zamanı müvafiq məsələlər barəsində əhalinin müxtəlif təbəqələrinin təkliflərinin nəzərə alınmasıdır.


AzVision.az



Teqlər:  





Xəbər lenti