“Xəzər-Lənkəran”ın baş məşqçisi klubu tərk etdi

“Xəzər-Lənkəran”ın baş məşqçisi klubu tərk etdi
  22 Dekabr 2014    Oxunub:1738
“Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin Azərbaycanı tərk edib.
AzVision.az apasport.az-a istinadən məlumatına görə, az öncə vətəninə yola düşən türkiyəli çalışdırıcı böyük ehtimalla bir daha cənub təmsilçisinin “sükanı arxası”nda olmayacaq. Komandada gəncləşdirmə siyasəti aparılacağından, rəhbərlik mövsümü Çətinlə deyil, yerli mütəxəssislərdən biri ilə davam etməyi düşünür. Çox güman Oğuz bəyi ya hazırda klubda idman direktoru postunu tutan Yunis Hüseynov, ya da əvəzedici komandanın baş məşqçisi Elbrus Məmmədov əvəzləyəcək.

Qeyd edək ki, “Xəzər Lənkəran” qış fasiləsinə 5-ci pillədə yollanıb. “Ağ-yaşıllar” 18 turdan sonra cəmi 20 xal toplayıb.


Teqlər:  





Xəbər lenti