İlham Əliyevə ad günü təbriki

İlham Əliyevə ad günü təbriki
  22 Dekabr 2014    Oxunub:2191
Ölkə başçıları prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

AzVision.az xəbər verir ki, Çin Xalq Respublikasının sədri Si Tszinpinin təbrik məktubunda deyilir:

`Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı bildirmək istərdim.

Azərbaycan qədim İpək Yolu üzərində yerləşən mühüm ölkədir. Tarix boyu ölkələrimiz arasında dostluq münasibətləri mövcud olub. Dövlətlərimiz arasında diplomatik münasibətlər yaradılmasından keçən 22 il ərzində ölkələrimizin dostluq münasibətlərində qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı fayda prinsiplərinə əsaslanan sürətli tərəqqi əldə edilib. Bu hədəfə nail olmaq işinə şəxsən Sizin mühüm töhfənizi yüksək qiymətləndirirəm.

Bu ilin mayında Siz Çin Xalq Respublikasında səfərdə olarkən, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə Toplantısında ikitərəfli münasibətlərin dərinləşməsinə dair fikir mübadiləsi apardıq, səmimi və praqmatik söhbətimiz oldu. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm, ölkələrimizin xalqlarının mənafeyi naminə bu əlaqələrin daha yüksək səviyyəyə çatdırılması üçün Sizinlə birlikdə işləməyə hazırıq.

Sizə möhkəm cansağlığı, bütün işlərinizdə uğurlar diləyirəm.

Ölkənizə firavanlıq, xalqınıza xoşbəxtlik arzu edirəm`.

Eyni zamanda Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev də İlham Əliyevi təbrik edib:

Hörmətli İlham Heydər oğlu, doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Qırğızıstanda Sizi Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında dostluğun və qarşılıqlı faydalı əməkdaşlığın inkişafının ardıcıl tərəfdarı kimi tanıyırlar.

Əminəm ki, bizim birgə səylərimiz sayəsində Qırğızıstan-Azərbaycan qardaşlıq münasibətləri ölkələrimizin və xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.





Teqlər:  





Xəbər lenti