Mirqafar Seyidov 4 rayonun rəisini dəyişdi

Mirqafar Seyidov 4 rayonun rəisini dəyişdi
  22 Dekabr 2014    Oxunub:6944
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi general-mayor Mirqafar Seyidovun təqdimatı ilə Daxili İşlər Naziri Ramil Usubov Bakının 4 rayonunun polis rəislərinin dəyişdirilməsi barəsində əmr imzalayıb.

AzNews.az xəbər verir ki, Nizami, Xətai, Nərimanov və Səbayel rayonlarının polis idarələrinin rəisləri vəzifələrindən azad ediliblər.

Nizami RPİ-nin rəisi vəzifəsindən azad edilərək Səbayel RPİ-nə, Səbayel RPİ-nin rəisi isə Xətai PRİ-nə, Xətai PRİ-nin rəisi Nərimanov RPİ-nə, Nərimanov RPİ-nin rəisi isə Nizami RPİ-nin rəisi vəzifəsinə təyin edilib.



Teqlər:





Xəbər lenti