“Oğlum mənə ata yox, cənab nazir deyir...”

“Oğlum mənə ata yox, cənab nazir deyir...”
  22 Dekabr 2014    Oxunub:30649
“Daxili işlər naziri Ramil Usubovun nazirlikdə işləyən böyük oğlu Emil Usubov atasının qəbulunda olan zaman ona həmişə “cənab nazir”- deyə müraciət edir”.

Bunu AzVision.az-a açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov deyib.

E. Behbudov daxili işlər naziri, general-polkovnik Ramil Usubovun ad gününü təbrik edib:

“Ramil müəllimə ad günü ilə bağlı təbrik teleqramı göndərmişəm. Ramil müəllim dünya görmüş bir insandır. O, hörmət elədiyim nazirlərdən biridir, ağsaqqaldır. Daxili İşlər Nazirliyi sistemində özünə kifayət qədər hörmət qazanıb. Hər kəs onu çox istəyir”.

Daha sonra hüquq müdafiəçisi R.Usubovla bağlı maraqlı xatirəsini bölüşüb:

“Onunla bağlı çox xoş xatirələrim var. Hələ mən Ramil müəllimdən “yox” sözü eşitməmişəm. Ramil müəllimlə övladları ilə bağlı bir neçə dəfə söhbətlərimiz olub. Nazir mənə dedi ki, nazirlikdə işləyən oğlu Emil Usubov onun yanına gələndə heç vaxt ata deməz. Ramil müəllim qəbulda olarkən Emil Usubov həmişə ayaq üstə dayanır və atasına cənab nazir deyə müraciət edir. O, atasına cənab nazir deyərək də otağı tərk edir. Mən isə Ramil müəllimə oğlunun bu hərəkətinin tərbiyədən asılı olduğunu söyləmişəm”.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun ad günüdür. Nazir 66 yaşını qeyd edir. Ailəlidir. Üç övladı var.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti