Polis bayramda yatmayıb işləyəcək

Polis bayramda yatmayıb işləyəcək
  22 Dekabr 2014    Oxunub:1688
Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycan polisi gücləndirilmiş iş rejimində çalışacaq.

Bunu AzVision.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov deyib.

DİN rəsmisi bildirib ki, bayramla əlaqədar nazirliyin bütün orqan və hissələrinin şəxsi heyəti ictimai asayişin və təhlükəsizliyin daha da nümunəvi təmin edilməsi üçün bayram ərəfəsində və bayram günləri gücləndirilmiş iş rejimində çalışacaq.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti