Nazirliyə məxsus bina yandı

Nazirliyə məxsus bina yandı
  22 Dekabr 2014    Oxunub:1788
Mingəçevir şəhərində, Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 640 kv.m olan birmərtəbəli Mingəçevir şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin dəhlizinin tavanı 50 kv.m və mətbəxində əşyalar 10 kv.m sahədə (ümumi 60 kv.m) yanıb.

AzVision.az FHN-nin saytına istinadən xəbər verir ki, yanğından mərkəzin qalan hissəsi mühafizə olunub. Yanğın saat 23:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:  





Xəbər lenti