Suriya ordusu İsrail təyyarəsini vurdu

Suriya ordusu İsrail təyyarəsini vurdu
  22 Dekabr 2014    Oxunub:1616
Bəşər Əsədə sadiq hökumət qüvvələri İsrailə məxsus pilotsuz təyyarəni ələ keçirib.
Bu barədə AzVision.az “Sana” agentliyinə istinadən xəbər verir.

Hökumət rəsmilərinin sözlərinə görə, “Skylark 1” tipli təyyarə Kuneytr vilayətinin Adar qəsəbəsində ələ keçirilib.

Agentlik tərəfindən yayılan fotolarda pilotsuz qurğu həm tam formada həm də ayrı-ayrı bloklara bölünmüş şəkildə əks olunub. Fotolardan birində qurğunun detalları üzərində ivrit dilində yazı da əks olunub.

Məlumata əsasən bu növ uçan pilotsuz qurğunu İsrailin “Elbit” şirkəti hazırlayır. Pilotsuz təyyarənin uzunluğu 200 sm, uçuş məsafəsi isə 20 kilometrdir.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti