Deputat "Facebook" statuslarından kitab çap etdirir

Deputat "Facebook" statuslarından kitab çap etdirir
  21 Dekabr 2014    Oxunub:2251
Millət vəkili Aydın Mirzəzadə, YAP-ın siyasi şurasının üzvü Aydın Mirzəzadə Facebook statuslarını kitab şəklində çap etdirir.
Deputat bu barədə elə Facebook səhfəsində xəbər paylaşıb.

"Feysbuk səhifəmdəki "müdriklik dərsləri " rubrikasındakı materiallar əasında 2014-cü ilin fevral ayında 200 dəsrdən ibarət "Müdriklik dərsləri - I hissə " adlı kitab nəşr edildi. Sonradan rubrika davam edildi və hal-hazırda səhifəmdə 348-ci material verilib.

Gələcəkdə 201-600 saylı dərslər əsasında artıq 400 dəsrdən ibarət "Müdriklik dərsləri - II hissə " adlı kitab nəşr etmək istəyirəm."

Deputat növbəti kitabın 2016-cı ilin fevral-mart aylarında işıq üzü görəcəyinin gözlənildiyini bildirib.

"Bu dəfə kitabın nəşrində yenilik etmək istəyirəm, beləki, kitabda materalllarla yanaşı sizlərin onlara verdiyiniz şərhlər də dərc ediləcək. Etiraz edənlərin şərhləri verilməyə bilər."- deyən Mirzəzadə, şərhləri də kitaba daxil edəcəyini bəyan edib.


Teqlər:





Xəbər lenti