`Prezident bizə böyük stimul verdi` - Qurban Qurbanov
O, xatırladıb ki, "Qarabağ" ilk dəfə Avroliqanın "pley-off"una yüksələn zaman da dövlət başçısı onu telefon vasitəsi ilə təbrik edib:
"Bu dəfə isə o, bizimlə görüşdü. Biz gələcəkdə daha diqqətli və məsuliyyətli olmalıyıq ki, Azərbaycan futbolu üçün uğurlar qazanaq. Bu görüşlə bütün idman ictimaiyyəti gördü ki, prezident kiçik bir kluba da böyük önəm verir. Ən çətin anımızda prezident bu dəvəti ilə bizə böyük stimul verdi. Bir daha dövlət başçımıza komandam adından təşəkkürümü bildirirəm".
Teqlər: