2 yaşlı Axşam.az

2 yaşlı Axşam.az
  21 Dekabr 2014    Oxunub:2129
Bu gün Axşam.az portalının 2 yaşı tamam olur.
"5 Media" şirkətinə məxsus olan Axşam.az qısa müddət ərzində ölkənin populyar saytlarından birinə çevrilib. Portal ölkədə və dünyada baş verən maqazin, dəb, incəsənət və mədəniyyətlə bağlı son xəbərləri işıqlandırır, tanınmış insanlarla müsahibələr yayımlayır.

Geridə qalan illər ərzində sayt xeyli sayda ziyarətçi kütləsinə yiyələnə bilib. Həmçinin Axşam.az ötən il Mətbuat Şurasının üzvlüyünə qəbul edilib.

Biz də AzVision.az kollektivi olaraq həmkarlarımızı təbrik edir, işlərində uğurlar arzulayırıq.


Teqlər:





Xəbər lenti