Sumqayıtda yanğın: 1 ölü

Sumqayıtda yanğın: 1 ölü
  21 Dekabr 2014    Oxunub:1399
Sumqayıt şəhərində bir nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli, 4 otaqlı evin 1 otağında yanğın meydana gəlib.

Ötən gün axşam saatlarında baş verən hadisə nəticəsində, 1 ədəd çarpayı, ev əşyaları 6 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1962-ci il təvəllüdlü Seyidov Azad Bilmalı oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 21:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti