Hərbçilərimizin geyimləri dəyişir

Hərbçilərimizin geyimləri dəyişir
  20 Dekabr 2014    Oxunub:3247
Müdafiə nazirinin təşəbbüsü və rəhbərliyi ilə hərbi qulluqçuların üst geyimlərinin modelində və digər əşya əmlaklarının keyfiyyətində əsaslı dəyişikliklər baş verib.
AzVision.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Arxa Cəbhə İdarəsinin rəisi polkovnik Palıd Əsədov "Azərbaycan Ordusu" qəzetindəki yazısında bildirib.

P.Əsədov qeyd edib ki, qış dövrünə keçidlə əlaqədar sərt iqlim və yüksək dağlıq şəraitində yerləşən hərbi hissələrin əsgərləri sanitar-gigiyenik ləvazimatlar və digər təsərrüfat əmlakları ilə birdəfəlik təmin ediliblər. Həmçinin bu mövqelərdə şəxsi heyətin içməli suya tələbatı da öz həllini tapıb.

Onun sözlərinə görə, müxtəlif bölgələrdə hərbi maşın və texnikaların yanacağa olan tələbatını yüksək səviyyədə təmin etmək üçün müasir avadanlıqlarla təchiz olunan iritutumlu yanacaq anbarlarının inşasına başlanılıb.

P.Əsədov bildirib ki, şəxsi heyətin ərzaqla təminatını yaxşılaşdırmaq məqsədilə mərkəzi ərzaq anbarında ət məhsullarının qorunması üçün bir ədəd 1000 tonluq saxlancın, eləcə də Gəncə bölgəsində 500 və Beyləqanda 200 tonluq müasir tipli saxlancların tikintisi artıq yekunlaşmaq üzrədir.

AzVision.az



Teqlər:  





Xəbər lenti