“Qarabağ”dan ayrılıq - Emeqara getdi

“Qarabağ”dan ayrılıq - Emeqara getdi
  20 Dekabr 2014    Oxunub:1757
Bu mövsümün gedişində “Qarabağ”a qoşulan və özünü ən yaxşı tərəfdən göstərən İnnosent Emeqara klubdan ayrılıb.
AzVision.az xəbər verir ki, sportal.az-ın əldə etdiyi xəbərə görə, bir neçə gün əvvəl anasının səhhətiylə bağlı İsveçrəyə yollanan Emeqara “Qarabağ”dan ayrılmaq qərarına gəlib.

Saytımıza açıqlama verən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da bu xəbəri təsdiqləyib:

“Bəli, o, daha qayıtmayacaq. Emeqaranın ailəsində problemlər var və buna görə də, “Qarabağ”dan ayrılmaq istədi. Yəni burada qala bilmir. Əlaqə saxladı, durumu izah etdi, biz də onu anlayışla qarşıladıq”.


Teqlər:  





Xəbər lenti