Elnur Bakıda konsert verəcək

Elnur Bakıda konsert verəcək
  20 Dekabr 2014    Oxunub:2697
“O ses Türkiyədə”dəki möhtəşəm performansı ilə gündəmdən düşməyən Elnur Hüseynov Bakıda konsert verəcək.
Bu barədə AzVision.az-a Bakı Caz Mərkəzindən məlumat verilib. Bildirilib ki, E. Hüseynovun Bakı konserti mart-aprel aylarına planlaşdırılır:

“E. Hüseynovun çoxsaylı tamaşaçı kütləsi var. Biz istəyirik ki, onun konsertini təşkil edək. Əgər alınsa mart-aprel aylarında E. Hüseynovun konsertini keçirəcəyik. Əvvəlcə bununla bağlı E. Hüseynovdan razılıq alınmalıdır. Razılıq alınsa konsert də baş tutacaq”.

Qeyd edək ki, Türkiyənin məhşur mahnı müsabiqəsi “O səs Türkiyə”də münsiflər heyətini heyrətləndirən azərbaycanlı iştirakçı Elnur Hüseynov müğənni Ebru Gündeşi seçib.


Teqlər:  





Xəbər lenti