MTN-dən saxlanılan ilahiyyatçı ilə bağlı AÇIQLAMA

MTN-dən saxlanılan ilahiyyatçı ilə bağlı AÇIQLAMA
  20 Dekabr 2014    Oxunub:16655
Milli Təhlükəsizlik Nazirliyi ilahiyyatçı Elşən Mustafaoğlunun saxlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
MTN-nin İctimai Əlaqələr İdarəsindən AzVision.az-a verilən məlumata görə, bu barədə onlarda heç bir məlumat yoxdur:

“İlahiyyatçı Elşən Mustafaoğlunun saxlanması barəsində Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr İdarəsində heç bir məlumat yoxdur”.

Qeyd edək ki, mətbuatda ilahiyyatçı Elşən Mustafaoğlunun bir neçə gündür ki, Milli Təhlükəsizlik Nazirliyində saxlanılması barəsində məlumatlar yayılıb.

Məlumatlarda qeyd olunub ki, Hacı Elşən Mustafaoğlu barədə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, dövlətə xəyanət maddəsi ilə ittiham edilib.

Hafiz ƏHMƏDOV



Teqlər:





Xəbər lenti