Saakaşvilidən Putinə: “Ona viza və iş verə bilərəm”

Saakaşvilidən Putinə: “Ona viza və iş verə bilərəm”
  20 Dekabr 2014    Oxunub:3442
Rusiya prezidenti Vladimir Putin aqressiv fəaliyyətini dayandırdığı təqdirdə ona ABŞ-a getmək üçün işçi vizası verilə bilər.
AzVision.az anspress-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın eks prezidenti Mixail Saakaşvili deyib.

“Mənim rəhbərliyim altında Vaşinqtonda institut yaradılıb və ABŞ Dövlət departamenti mənə 0-1 işçi vizası təklif edir. Lazım gələrsə Putin üçün də bu vizadan təşkil edə bilərəm. Hətta mən onu institutumuza işə götürməyə belə hazıram”- deyə Saakaşvili bildirib.

Qeyd edək ki, dekabrın 18-də keçirilən mətbuat konfransında Putin bildirib ki, Gürcüstanın yeni hakimiyyətin Mixail Saakaşviliyə təzyiqlərin artırmasında Rusiyanın əli yoxdur.

AzVision.az


Teqlər:  





Xəbər lenti