`Qiymətlər qalxmayacaq` - Sərnişinlərə söz verildi

`Qiymətlər qalxmayacaq` - Sərnişinlərə söz verildi
  19 Dekabr 2014    Oxunub:1654
“Bakı Beynəlxalq Avtovağzalı dekabr ayının 27-dən başlayaraq yanvar ayının 5-dək gücləndirilmiş iş rejimində çalışacaq”.
Bunu AzVision.az-a açıqlamasında avtovağzalın növbə rəisi Məhəmməd Abdullayev deyib. Onun sözlərinə görə, bayram günlərində heç bir qiymət artımı olmayacaq və bununla bağlı nəzarət gücləndiriləcək.

“Qiymətlər bayram günlərində də əvvəl olduğu kimi olacaq”.

Növbə rəisi bildirib ki, bütün istiqamətlərdə avtobusların sayı artırılacaq:

“Bayram ərəfəsində sıxlıq müşahidə olunur. Bütün istiqamətlərdə sıxlıq müşahidə olunduğundan hər bir istiqamətdə avtobusların sayı artırılacaq. Bayram günlərində əlavə avtobusları xətlərə buraxacyıq”-deyə M.Abdullayev vurğulayıb.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti