`Ramil Usubova borcluyuq`- Polis rəisinin atası

`Ramil Usubova borcluyuq`- Polis rəisinin atası
  19 Dekabr 2014    Oxunub:2972
Xəbər verdiyimiz kimi, məşhur saatsaz Hacı Fətəliyevin oğlu polis kapitanı Ceyhun Fətəliyev Suraxanı Rayon Polis İdarəsinin kadrlar şöbəsinə rəis təyin olunub.

Bu barədə saatsaz H. Fətəliyev AzVision.az-la təəssüratlarını bölüşüb.

“Ceyhunun özü ilə danışdım.Yaxşıdır, razılığını bildirdi. Çox sevindim. Bax, siz də zəng etdiniz, kövrəldim. Ramil Usubovun Allah canın sağ etsin. Oğluma vəzifə verilməsinə görə ona borcluyuq. Minnətdaram, xəbərə şad oldum. Xəbəri Azərbaycan televiziyasında çalışan bir müştərimiz var, o zəng edib dedi”.

Qeyd edək ki, Ceyhun Fətəliyev bundan əvvəl Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində çalışıb. Bakının məşhur saatsazı Hacı Fətəliyevin oğludur.

Şəhanə Rəhimli


Teqlər:  





Xəbər lenti