Nazir Yeni ilin keçirilməsinə icazə verdi

Nazir Yeni ilin keçirilməsinə icazə verdi
  19 Dekabr 2014    Oxunub:2553
Hər il olduğu kimi bu il də orta məktəblərdə yeni il şənliklərinin keçirilməsi planlaşdırılır.

Lakin Təhsil Nazirliyi bu il orta məktəblərdə bayram şənliyinin keçirilməsi ilə bağlı tədbirləri valideynlərin seçiminə buraxıb.

Təhsil Nazirliyindən AzVisionaz-ın sorğusuna cavab olaraq bildirilib ki, ümumtəhsil məktəb şagirdlərinin asudə vaxtının təşkili, bayram şənliklərinin keçirilməsi ilə bağlı məsələlər valideynlərin, şagirdlərin rəyi nəzərə alınmaqla məktəb rəhbərliyi tərəfindən tənzim olunur.

Nazirlikdən onu da bildiriblər ki, bununla əlaqədar Təhsil Nazirliyi tərəfindən yerlərə hər hansı bir məhdudlaşdırıcı və ya təsdiqedici göstəriş və tövsiyə verilmir.

AzVisionaz


Teqlər:  





Xəbər lenti