ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar

ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar
  19 Dekabr 2014    Oxunub:1916
ABŞ prezidenti Barak Obama bəyan edib ki, o Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunmasına imkan verən qanun layihəsini imzalayıb.

AzVision.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, prezident hələ ki, bu qanundan istifadə etməyəcək.

“ABŞ Administrasiyası, avropalı tərəfdaşlarla Ukraynadakı vəziyyəti yaxından izləyir və ehtiyac olduğu təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcək”, - deyə Obama bəyan edib. Prezident eyni zamanda vurğulayıb ki, Vaşinqton sanksiyaları ləğv etməyə hazırdır. Lakin bunun üçün rəsmi Moskva müvafiq addımlar atmalıdır.

Ukrayna azadlığının dəstəklənməsi aktı” adı altında 5859 nömrəli qanun layihəsi Rusiya dövlət şirkətlərinə qarşı yeni sanksiyaların tətbiq edilməsini və Ukraynaya hərbi köməyin edilməsini nəzərdə tutur. Qanun layihəsi dekabrın 12-i ABŞ Konqresi tərəfindən təsdiqlənib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti